Binəqədidə 4 yaşlı uşağı avtomobil vurub
Bakıda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib.
REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 2017-ci il təvəllüdlü Məmmədova Əsnad Nicat qızı yaşadığı evin yanında oynayarkən ehtiyatsızlıqdan onu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 22-08-2021, 10:00