mobil versiya

"Polat Alemdar" yeni sevgilisi ilə - FOTO



Türkiyənin məşhur aktyoru, “Polat” obrazı ilə məşhurlaşan Necati Şaşmaz yeni sevgilisi ilə görüntülənib.

Ötən il Nagehan Kaşıkçıdan boşanan Necati Şaşmazın Tuğçe Erönlə sevgili olduğu iddia edilib.

Şəxsi həyatını gizli saxlamağı üstün tutan Şaşmaz ötən gün Erönlə Bodrumda görüntülənib.

39 yaşı tamam olan Erönün ad günü üçün məkan bağlatdıran Necati sevgilisinə 39 ədəd orxideya hədiyyə edib.

Fotoların mətbuata sızmaması üçün məkanda telefondan istifadəni qadağan edən aktyor çıxışda jurnalistlərin suallarına "Tuğçe sadəcə dostumdur" deyərək açıqlama verib.







KARUSEL / DÜNYA
Tarix: 8-08-2022, 11:01