mobil versiya

Rusiyanın Ukraynada itirdiyi canlı qüvvə sayı 50 000-ə çatır



Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada Rusiyanın 300, ümumilikdə isə 49 800 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 068 tank, 4 459 zirehli döyüş maşını, 1 157 artilleriya sistemi, 294 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 206 helikopter, 867 PUA, 205 qanadlı raket, 15 gəmi, 3 286 avtomobil texnikası və avtosistern, 107 xüsusi texnikadan ibarətdir.
KARUSEL / DÜNYA
Baxılıb: 94 Tarix: 5-09-2022, 12:00



Şərh bildir
yenilə, əgər kod görünmürsə