mobil versiya

Rusiya ordusunun Ukraynada itkilərinin sayı 43 minə çatıb




Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

REPORTYOR.AZ-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 43 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 846 tank, 4 100 zirehli döyüş maşını, 974 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 134 hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 772 PUA, 185 qanadlı raket, 15 gəmi, 3 018 avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.

SON XƏBƏR / GÜNDƏM
Tarix: 11-08-2022, 12:57