mobil versiya

Rusiya ordusunun Ukraynada itkiləri AÇIQLANDI




Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

REPORTYOR.AZ-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 43 200 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 849 tank, 4 108 zirehli döyüş maşını, 975 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopter, 778 PUA, 185 qanadlı raket, 15 gəmi, 3 021 avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.
KARUSEL / DÜNYA
Tarix: 12-08-2022, 13:00