mobil versiya

Daha bir qadağa ləğv olundu – Artıq buna görə Naxçıvana getməyə ehtiyac yoxdur




Bakıda və digər bölgələrdə yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.
Artıq bir neçə gündür “ASAN xidmət” mərkəzlərində Naxçıvan qeydiyyatında olanlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Məlumat üçün qeyd edək ki, indiyədək Muxtar Respublika qeydiyyatında olan sakinlərin şəxsiyyət vəsiqələrini dəyişdirməsi 3 aydan bir Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və ya Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi.
Bu da istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini və ya digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu. (Az.Politika.info)

KARUSEL / CƏMİYYƏT
Tarix: 6-01-2023, 13:02