mobil versiya

Bu ölkələrin XİN rəhbərləri yanvarda Moskvada görüşə bilər



Türkiyə, Rusiya və Suriya xarici işlər nazirlərinin görüşü yanvarın 14-dən 16-dək Rusiyanın paytaxtı Moskvada baş tuta bilər.

Türkiyə KİV xəbər verir ki, hazırda Afrika turuna çıxan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 14-də ölkəsinə qayıtmalıdır: “Onun yanvarın 14-16-da Moskvaya gedəcəyi, yaxud yanvarın 17-də baş tutacaq Vaşinqton səfərindən sonra Moskvaya yollanacağı güman edilir”.
Nəşrin məlumatına görə, tərəflər Suriyadakı vəziyyəti, terror təşkilatlarına qarşı mübarizə və digər məsələləri müzakirə edəcəklər.
Daha əvvəl bu ölkələrin XİN rəhbərlərinin görüşünün BƏƏ-də keçiriləcəyi barədə məlumat yayılmışdı.

KARUSEL / DÜNYA
Tarix: 11-01-2023, 11:49