mobil versiya

"Səfirliyinizin açılışını və orada işinizin başlamasını səbirsizliklə gözləyirəm" - İsrail səfiri


İsrailin Azərbaycandakı səfiri Corc Dik Muxtar Məmmədovu Azərbaycanın İsraildəki səfiri təyin olunması münasibətilə təbrik edib.
Səfir  barədə tviterdə yazıb.
“Səfirliyinizin açılışını və orada işinizin başlamasını səbirsizliklə gözləyirəm. Biz birlikdə ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcəyik, genişləndirəcəyik və dərinləşdirəcəyik”, - israilli diplomat bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib.
KARUSEL / SİYASƏT
Tarix: 11-01-2023, 17:06