mobil versiya

Rayona avtobusla gedənlərin nəzərinə - QİYMƏTLƏR DƏYİŞİR - CƏDVƏL



Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin yeni tarifləri elan olunub.

Bu barədə Bakı Beynəlxalq Avtovağzalından bildirilib.
Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanıb.
Yeni qiymətlər fevralın 3-dən qüvvəyə minir.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.
Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilmişdir. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.
Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
Şəhərlərarası (rayonlararası) avtobus marşurutlarında məsafəyə uyğun sərnişin biletlərinin
TARİFLƏRİ
Bakıdan- şəhər və rayonlara"Məsafə
(km)"
"Tariflər
(manatla)"
1Ağcabədi306.09.2
2Ağdam351.010.5
3Ağdaş265.08.0
4Ağstafa442.013.3
5Ağsu153.04.6
6Arabaçı483.014.5
7Aşağı Ağcakənd349.010.5
8Astara317.09.5
9Balakən441.013.2
10Bərdə305.09.2
11Beyləqan291.08.7
12Böyük Qışlaq463.013.9
13Çayrəsullu488.014.6
14Cəlilabad211.06.3
15Daşburun265.08.0
16Daşkəsən386.011.6
17Daş Salahlı470.014.1
18Əhmədbəyli295.08.9
19Əliabad (Lerik)327.09.8
20Fərzalı483.014.5
21Fizuli323.09.7
22Gədəbəy432.013.0
23Gəncə348.010.4
24Goran307.09.2
25Goranboy313.09.4
26Göyçay253.07.6
27Göygöl358.010.7
28Hacıhətəmli234.07.0
29Həzrə235.07.1
30Hindarx330.09.9
31Horadiz299.09.0
32Imişli258.07.7
33İsalı479.014.4
34İsmayıllı (Kürdəmirdən)260.07.8
35İvanovka (Gədəbəy)477.014.3
36Kəmərli515.015.5
37Kürdəmir189.05.7
38Lahıc242.07.3
39Lənkəran272.08.2
40Lerik329.09.9
41Mahrızlı370.011.1
42Masallı236.07.1
43Mingəçevir308.09.2
44Nabran219.06.6
45Naftalan326.09.8
46Novosaratovka463.013.9
47Oğuz348.010.4
48Qabaqçöl (Balakən)459.013.8
49Qaradağlı391.011.7
50Qax402.012.1
51Qazax454.013.6
52Qəbələ (Kürdəmirdən)315.09.5
53Qəribli (Tovuz)476.014.3
54Qırmızı Körpü494.014.8
55Qoşabulaq462.013.9
56Quba167.05.0
57Qusar177.05.3
58Quzanlı356.010.7
59Saatlı191.05.7
60Sabirabad176.05.3
61Şabran122.03.7
62Şamaxı116.03.5
63Saratovka472.014.2
64SDK210.06.3
65Şəki352.010.6
66Şəmkir385.011.6
67Siyəzən100.03.0
68TərTər324.09.7
69Tovuz424.012.7
70Ucar235.07.1
71Xaçmaz157.04.7
72Xaçmaz (Oğuz)333.010.0
73Xudat182.05.5
74Yalama200.06.0
75Yardımlı292.08.8
76Yevlax280.08.4
77Zaqatala418.012.5
78Zəngilan379.011.4
79Zərdab266.08.0

(Trend)

KARUSEL / CƏMİYYƏT
Tarix: 2-02-2023, 14:56