48 dərman vasitəsinin qiyməti təsdiq olunub, 31-nin qiyməti dəyişib
Yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiqlənib, eyni zamanda, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində dəyişikliklər edilib.
Yeni tariflər Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında təsdiq olunub.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 min 690-a çatıb və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-01-2023, 16:47