mobil versiya

Əli Əsədov Albaniya Prezidenti Bayram Beqayla görüşüb



Martın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında Albaniya Prezidentinin iştirakı yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edilib.
Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.


KARUSEL / SİYASƏT
Tarix: 13-03-2023, 15:49