mobil versiya

İlham Əliyev Albaniyaya getdi



Noyabrın 15-də Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Albaniyanın Dövlət Bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Albaniyanın Dövlət Himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Bayram Beqaya, Albaniyanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
***14:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib.
Qafqaz.media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

SİYASƏT / ÖLKƏ
Tarix: 15-11-2022, 16:00