mobil versiya

100-cü gün: Ekofəallar baharı Laçın-Xankəndi yolunda qarşılayıblar



Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllülər, gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 100 gündür davam edir.
Etirazçılar baharı Laçın-Xankəndi yolunda qarşılayıblar.
Hər zaman olduğu kimi, bu səhər də iştirakçılar günə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.
Şuşada hazırda dumanlı, çiskinli hava şəraiti müşahidə olunur. Amma bu, ekoaksiya iştirakçılarına mane olmur.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.(AZƏRTAC)
KARUSEL / SİYASƏT
Tarix: 21-03-2023, 09:06