İran vətəndaşının sifarişi ilə silah kuryerliyi edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı AK-74 markalı avtomat və 1 ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı isə dörd nəfər – H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov saxlanılıblar. Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 27-06-2023, 09:18