Tokio prokurorları çinli tədqiqatçıya məlumat sızması iddiası ilə ittiham irəli sürülüb
Tokio prokurorları Yaponiya Milli Sənaye Texnologiyaları İnstitutunun çinli tədqiqatçısını Çin şirkətinə məlumat sızdırmaqda ittiham edib.
"Kyodo News" xəbər verir ki,59 yaşlı Quan Hengdao, ədalətsiz rəqabətin qarşısını alan qanunvericiliyi pozmaqda şübhəli bilinərək iyun ayında saxlanıldıqdan sonra Milli Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları İnstitutu tərəfindən çərşənbə günü işdən çıxarılıb.
Yazılı ittiham aktına və digər mənbələrə görə, Quan 2018-ci ilin aprel ayında Pekində bir kimyəvi məhsul istehsal edən firmaya flüor birləşmələri ilə bağlı məlumatlarla elektron məktub göndərib. O, həmin vaxt İbaraki prefekturasındakı institutda kommersiya sirləri ilə tanış idi.
Flüor birləşmələri transformatorlar kimi elektrik avadanlıqlarında izolyator və izolyasiya qazı kimi istifadə olunur.
2002-ci ildə Quan Yaponiya təşkilatında işə düzəldi. İstintaq mənbələrinə və Çin saytlarına görə, o, Çin ordusu ilə əlaqəli olan Pekin Texnologiya İnstitutunda da dərs deyirdi.
KARUSEL / DÜNYA
Tarix: 6-07-2023, 15:02