mobil versiya

Türkiyənin Azərbaycanla əlaqələri strateji xarakter daşıyır - Numan Kurtulmuş



Türkiyədə hakimiyyətə gələn rəhbərlər ilk səfərlərinin Şimalı Kipr Cümhuriyyətinə və Azərbaynana səfər edir.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda jutnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Türkiyənin Azərbaycanla əlaqələri strateji xarakter daşıyır. Türkiyə və Azərbaycan daim bir birinin yanındadır və bundan sonra da dacam edəcək.
"Məqsədimiz Türk dünyasının beynəlxalq arenada daha da güclənməsinə xidmət etməkdir. Türkiyə ŞKTC və Azərbaycanla birgə Mavi Vətən layihəsi də daxil olmaqla, digər bütün siyasi layihələrdə bundan sonra birlikdə hərəkət edəcək", - deyə o, əalvə edib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş hazırda Türk Şəhidliyini ziyarət edir. O, Azərbaycan səfəri ilə bağlı mediaya açıqlamalar verir.

KARUSEL / SİYASƏT
Tarix: 12-07-2023, 11:58