mobil versiya

Ərdoğanın ilk səfər edəcəyi ölkə məlum oldu



Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra ilk rəsmi xaricə səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edəcək.
R.T.Ərdoğanın bu ölkəyə səfərinin gələn həftənin çərşənbə axşamı baş tutacağı gözlənilir. Bir dövlət ənənəsi olaraq Türkiyədə prezidentlər seçilərkən ilk olaraq ŞKTC-yə gəlirlər.
Lakin onu da qeyd edək ki, Türkiyənin nüfuzlu "Yeni Şafak" qəzetinin məlumatına görə, Ərdoğan ŞKTC-dən sonra, Azərbaycana səfərə gələcək.

KARUSEL / DÜNYA
Tarix: 9-06-2023, 14:44