mobil versiya

Ərdoğan Putinlə “taxıl sazişi” üzrə danışıqlar aparacaq



“Yaxın vaxtlarda rusiyalı həmkarım Vladimir Putinlə “taxıl sazişi” üzrə danışıqlar aparacağıma ümid edirəm”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə Rusiya ilə tərəfdaşlıq münasibətlərini saxlayır və yaxın vaxtlarda tərəflərin taxıl tədarükünü bərpasına dair razılığa gələcəyini gözləyir.
“Biz Rusiya ilə münasibətlərimizi saxlayırıq. Həm xarici işlər naziri cənab Hakan Fidan, həm də Milli Kəşfiyyat Təşkilatının rəhbəri cənab İbrahim Kalin danışıqları davam etdirirlər. Danışıqlarla yanaşı, çox yaxın vaxtlarda cənab Putinlə bu məsələni müəyyən nöqtəyə çatdıracağımıza ümid edirik”, – Ərdoğan bildirib.

KARUSEL / DÜNYA
Tarix: 21-07-2023, 15:26