mobil versiya

Türkiyə XİN başçısı BMT baş katibi ilə də taxıl sazişini müzakirə edib



Türkiyənin xarici işlər naziri Hakan Fidanla Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Türkiyə yerli KİV məlumat verir ki, danışıqlar zamanı tərəflər İstanbul taxıl sazişi ilə bağlı müzakirələr aparıb.
Bundan başqa Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında da taxıl sazişinin müzakirəsi ilə bağlı telefon danışığı olub.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.
Taxıl dəhlizi sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.
Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

KARUSEL / DÜNYA
Tarix: 18-07-2023, 14:10