mobil versiya

Ukrayna Türkiyə və BMT-yə “taxıl sazişi”nin uzadılmasını təklif edəcək



Ukrayna hökuməti bu həftə Türkiyə və BMT-yə “taxıl sazişi”ni azı 1 il uzatmağı təklif edəcək.
Bunu “Reuters”ə müsahibəsində Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.
“Bu həftə sazişin müddətinin uzadılması üzərində işləmək zərurəti ilə bağlı rəsmi təklif verəcəyik”, - o bildirib.
Y.Vaskovun sözlərinə görə, “taxıl sazişi”nin 120 gün deyil, azı 1 il müddətinə uzadılması təklif ediləcək, çünki Ukrayna və qlobal kənd təsərrüfatı bazarları uzunmüddətli perspektivdə ixrac həcmlərini planlaşdıra bilməlidir.
Lakin o, bununla bağlı danışıqların vaxtının müəyyən edilmədiyini bildirib.(Report)
KARUSEL / DÜNYA
Tarix: 22-02-2023, 16:24