mobil versiya

Böyük Britaniyada parlament seçkiləri 2024-cü ilin əvvəlində keçirilə bilər


Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının rəhbərliyində ölkədə ümumi parlament seçkilərinin 2024-cü ilin yazında keçirilməsinin mümkünlüyü müzakirə olunur.
Bu barədə “The Guardian” məlumat yayıb ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak çox güman gələn ilin əvvəlində, Böyük Britaniya üçün iqtisadi perspektivlər aydınlaşanda, seçkilərin dəqiq vaxtı ilə bağlı qərar verəcək. Nəşrin yazdığına görə, 2025-ci ilin yanvarından gec olmayaraq keçirilməli olan səsvermənin daha erkən tarixə irəli çəkilməsi ideyası partiyanın yüksək rütbəli üzvləri arasında “rəğbət qazanır”.
Bundan əvvəl Britaniya mediası İcmalar Palatasına seçkilərin 2024-cü ilin oktyabr və ya noyabrında keçirilə biləcəyini iddia edirdi.


KARUSEL / DÜNYA
Tarix: 25-07-2023, 09:55