mobil versiya

Britaniyada tacqoyma ərəfəsində III Karlın populyarlığı artıb



Böyük Britaniyada kral III Karlın dəstək reytinqi son bir il ərzində xeyli artıb.
Bu barədə məlumat “The Times” nəşri üçün keçirilən sorğunun nəticələrində əksini tapıb. Sorğuda iştirak edən britaniyalıların 62 faizi III Karlın yaxşı kral olacağını düşünür. Halbuki 2022-ci ilin martında respondentlərin yalnız 39 faizi bu fikri dəstəkləyirdi.
Bundan başqa, rəyi soruşulan vətəndaşların 26 faizi dövlət başçısının seçilməsini istədiyi halda, 60 faizi monarxiya üsul-idarəsinin davam etməsinə tərəfdarıdır.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet ötən il sentyabrın 8-də vəfat edib. Bundan iki gün sonra kraliçanın böyük oğlu III Karl Böyük Britaniyanın yeni kralı elan olunub. Mayın 6-da yeni monarxın tacqoyma mərasimi keçiriləcək.
Buckingham sarayından verilən məlumata görə, Westminster abbatlığında keçiriləcək tacqoyma mərasimində 200-dən çox ölkənin nümayəndəsi, o cümlədən 100-ə yaxın dövlət başçısı iştirak edəcək.

KARUSEL / DÜNYA
Tarix: 2-05-2023, 15:34