Sakit Okean adaları heç bir ölkənin arxa bağçası deyil - Çindən Blinkenə REAKSİYA
ABŞ Dövlət katibi Entoni Blinkenin Çinin hərəkətlərini “problemli” olaraq adlandırmasından sonra Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ninq Sakit okean adalarının heç bir ölkənin arxa bağçası olmaması barədə açıqlama verib.
Mao Ninq mətbuat konfransında ABŞ dövlət katibinin Tonqa Krallığına səfəri zamanı Sakit okean bölgəsi ilə bağlı "Çinin bölgədə iştirakı artdıqca, bizim nöqteyi-nəzərimizdən bəzi problemli davranışlar artıb" sözlərinə reaksiya verib.
"Sakit Okean adaları heç bir ölkənin arxa bağçası deyil. ABŞ-nin Sakit okean adalarının inkişafında səmimi köməklik göstərəcəyini, bu ölkələrə öz inkişaf və hədəflərinə nail olmaqda yardımçı olacağına ümid edirik", - Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib.
"Çin nüfuz və ya "geostrateji mövcudluq", yaxud təsir dairəsi uğrunda heç bir ölkə ilə rəqabət aparmaq niyyətində deyil", - deyə Mao Ninq əlavə edib.(Trend)
KARUSEL / DÜNYA
Tarix: 27-07-2023, 15:36