Türkiyə XİN Azərbaycanın Qarabağdakı antiterror tədbirlərinə aid bəyanat yaydı
zərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin Azərbaycan ordusunun üzvlərinə və təhlükəsizlik qüvvələrinə qarşı uzun müddətdir davam edən silahlı basqınlarına və təxribatlarına qarşı bu gün (19 sentyabr) Azərbaycan ordusu tərəfindən hərbi qüvvələri hədəf alan antiterror əməliyyatı keçirilib.
Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Qeyd olunub ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu:
"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur".
KARUSEL / SİYASƏT
Tarix: 19-09-2023, 20:15