Banqladeş XİN başçısı: “Azərbaycanın Ermənistanla sülhə nail olacağına əminəm”
"Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişə ilə bağlı baş verənləri yaxından izləyirik və məsələnin sülh yolu ilə həllinin olduğuna inanırıq. Banqladeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində yeganə sülh yolu danışıqlardan keçir".
Bunu Banqladeşin xarici işlər naziri Abul Kalam Abdul Moamen deyib.
Nazir Azərbaycanın yaxın gələcəkdə bölgədə sülhə nail olacağına əminliyini dilə gətirib: "Bizim də regionumuzda bənzər konflikt yaşandı. Banqladeş Hindistanla olan münaqişənin həllinə dialoq və müzakirələrlə nail oldu və bu sahədə təcrübəsi ilə dünyaya liderlik edir. Baxın, bizim Hindistan kimi böyük qonşumuzla münasibətləri tənzimləməmiz göstərdi ki, bu, mümkündür. Biz bütün kritik məsələlərimizi dialoq və müzakirə yolu ilə həll etmişik. İndi Hindistan və Banqladeş arasında çox yaxşı münasibətlər var və Hindistanın Baş naziri bu dövrü qızıl fəsil adlandırır.
Biz çox şadıq ki, regionumuzda sülh və sabitliyi bərpa edə bilmişik. Regiona sülhün gəlməsi ölkələrimizin iqtisadiyyatını gücləndirdi və bütün sahələrdə bir-birimizdən qarşılıqlı faydanlanmağımıza şərait yaratdı. Digər qonşularımızla da yaşadığımız bütün anlaşılmazlıqlarda da yalnız dialoq və müzakirə yolunu seçirik. İnanırıq ki, sülh və sabitlik insanların rifahı üçün olduqca vacibdir. Mən Azərbaycanın Ermənistanla dialoq və müzakirə yolu ilə bölgədə sülhə nail olacağına əminəm. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan buna nail olacaq".
XİN başçısı Banqladeşlə Azərbaycan arasında ticarət və investisiya əlaqələri sahəsində işbirliyinin zəruriliyini vurğulayıb: "G 77 və Qoşulmama Hərəkatının sədri qismində biz Azərbaycanla müxtəlif sahələrdə birgə işlədik və bu işbirliyimiz davam edir. Bundan başqa, Azərbaycan və Banqladeş arasında uzun illərdir davam edən son illərdə möhkəmlənən dostluq əlaqələrimiz var. Təbii ki, bu əlaqələrin daha da möhkəmlənməsinə ehtiyac var. Xüsusilə, iki ölkə arasında ticarət və investisiya əlaqələri sahəsində ünsiyyəti artırmalıyıq və bu sahələrdə daha da güclənməliyik".(report)
KARUSEL / SİYASƏT

Tarix: 21-09-2023, 12:14