Ermənistan Müdafiə Nazirliyi terrorçuları işə dəvət edir – AÇIQLAMA
Ermənistan Müdafiə Nazirliyi Qarabağı tərk edən terrorçuları xidmətə qəbul etməyə hazırdır.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir müavini Arman Sarkisyan bunu deyib.
Onun sözlərinə görə, separatçı həmkarlarının «təcrübə və biliklərini» yüksək qiymətləndirir.
Sarkisyan qeyd edib ki, ER Silahlı Qüvvələrində xidmət etmək istəyən «artsax» hərbçiləri kadr siyasəti şöbəsinə müraciət etməklə bu imkanı əldə edəcəklər.
Jurnalistlər bunun Samvel Babayana da aid olub-olmadığını soruşduqda, Sarkisyan bildirib ki, Babayan təqaüddə olan hərbçidir, söhbət «fəalliyyətdə olanlardan» gedir.
KARUSEL / DÜNYA
Tarix: 29-09-2023, 16:01