mobil versiya

Serj Sarkisyan Azərbaycanı hədələdi: “Ermənistan gərək 2018-ci ildə Naxçıvana hücum edəydi”




Ermənistan silahlı qüvvələri Tavuşdakı uğurlu (?) əməliyyatları Naxçıvan istiqamətində də təkrarlamalı idi.

KONKRET.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan verib.

“Dördgünlük Aprel müharibəsini və Tavuşdakı hadisələri müqayisə edə bilməzsiniz. Əlbəttə ki, Tavuşda Silahlı Qüvvələrimiz ən yaxşı tərəflərini göstərdi və son dərəcə vacib bir məsələni (söhbət görəsən hansı məsələdən gedir?) həll etdi. Silahlı Qüvvələrimiz təbrik edilməlidir. Ancaq eyni şey 2018-ci ilin may-iyun aylarında Naxçıvan istiqamətində aparılmalı idi. Bu, zərurət idi” deyib Sarkisyan.

Onun sözlərinə görə, erməni cəmiyyəti 71 nəfərin belə yüksək mükafata – “Döyüş xaçı”na hansı qəhrəmanlıqlarına görə layiq görüldüyünü daha ətraflı öyrənməlidir:

“Xüsusilə, bu, mənim üçün çox vacibdir”.

Qeyd edək ki, Tovuzla sərhəddə baş verən döyüşlərdə Azərbaycanın 12 hərbçisi və bir mülki vətəndaşı şəhid olub. Erməni tərəfdən qurbanların sayı rəsmi olaraq 5 nəfərdir, xeyli sayda yaralılarının olduğu da deyilir.

Haşiyə: Birincisi, Ermənistanın Naxçıvana hücumun necə nəticələnəcəyini yəqin Serj Sarkisyan da daxil olmaqla Paşinyan hakimiyyəti yaxşı bilir. Bu baxımdan yalançı bəyanatlar verməyin heç yeri deyil. İkincisi də rəsmi İrəvan, görəsən Tavuşda hansı qələbə əldə edib ki, bu haqda ağızdolusu danışırlar. Fakt isə ortadadır, ermənilər Azərbaycan ərazisinə bir qarış belə daxil olmayıb. Ola bilər ki, onlar generalın ölümünə görə belə iddialı danışırlar. Generalın şəhid olması isə Azərbaycan silahlı qüvvələrinin komandanlığının daim ön xəttdə olduğundan xəbər verir. Erməni “generalları” isə sərhəddən xeyli aralıda İcevan şəhərində gizlənərək əmr verirlər…
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 19-08-2020, 17:23