Cəbhədən son xəbər: erməni hərbçi məhv edildi
İşğalçı Ermənistan ordusu döyüş postunda itki verib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən bildirir. Belə ki, 10 mart, saat 15.30 radələrində Azərbaycan tərəfdən açılan cavab atəşi nəticəsində sıravi hərbçi Zöhrab Sianosyan ölümcül yaralanıb. 1984-cü ildə anadan olmu, Ermənistanın Ararat hərbi komissarlığından çağırılmış hərbçinin müqaviləli əsaslarla xidmət keçdiyi bildirilir. Düşmən hərbçi cəbhənin cənub-qərb istiqamətində məhv edilib. Hadisədən sonra Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi də həmin ünvana gedib.
Qeyd edək ki, son günlər Ermənistan ordusu davamlı şəkildə Azərbaycana qarşı təxribatlara əl atır. Elə bu təxribatların nəticəsində bir həftə ərzində iki hərbçimiz şəhid olub. Düşmənin itkilərinin isə daha çox olduğu, lakin ictimai etirazlardan qorxan hakimiyyətin ölüm faktlarını gizlətdiyi barədə erməni fəallar özləri də sosial şəbəkədə yazırlar.
SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 11-03-2020, 00:16