mobil versiya

Şəhid əsgərimizin qisası dərhal alındı, düşmən xeyli itki verdi




"Dünən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmət aparan sərhədçi əsgər 24 yaşlı Orxan Nazim oğlu Paşazadəni snayper atəşi ilə qətlə yetiriblər. Şəhid olan əsgərimizin qisası dərhal alınıb”.

"MediaPost” xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. O, məlumatı erməni sosial mediasından əldə etdiyini bildirib:

"Erməni sosial mediası üzərindən əldə etdiyimiz məlumata görə, düşmən cavab atəşi ilə iki hərbi qulluqçusunu itirib. Onlardan biri Ara Saqomonyan adlı müddətdən artıq xidmət keçən kiçik komandirdir, ağır yaralanıb və o, gecə Yerevandakı hərbi hospitallardan birinə aparılaraq əməliyyat olunub. Aldığı güllə yaraları o qədər ağır olub ki, onun sağalıb sıraya qayıtması ehtimalı demək olar ki, sıfıra bərabərdir.

İkinci əsgər isə başından aldığı xəsarətlərdən yerindəcə ölüb. Yeri gəlmişkən onu da qeyd edim ki, düşmən təkcə Qazax-Ağstafa istiqamətində bu il cəmi olaraq 9 ölüsünün olduğunu və ondan iki dəfə çox yaralısının olmasını rəsmən təsdiqləyib. Əslində isə, biz bilirik ki, itkilərinin sayı da ən azından iki dəfə çox, yaralıları isə xeyli saydadırlar”.

Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 6-03-2020, 16:31