Ermənistan parlamentində dava düşüb- VİDEO
Ermənistan parlamentində plenar iclası zamanı dava düşüb.
Dava müxalifyönlü “Ermənistan” fraksiyasından olan deputat, Sisyanın keçmiş meri Artur Sarkisyanın çıxışından sonra başlayıb.
Kassasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədlərin müzakirəsi zamanı Sarkisyan namizədlərdən Armen Danielyanı 2021-ci ilin noyabrında özünün qanunsuz həbsində ittiham edib. Bu sözlər hakim fraksiyanın üzvü Ovik Ağazaryanı qəzəbləndirib.
Tərəflər arasında söz atışması davaya çevrilib. Parlamentin spikeri Alen Simonyan iclas otağına təhlükəsizlik əməkdaşlarını çağırıb, onlar müxalifətçini zorla bayıra çıxarıblar.
Artur Sarkisyan jurnalistlərə vəziyyətin niyə gərginləşdiyini belə açıqlayıb: “Mən bildirdim ki, 2021-ci ildə hakim Armen Danielyanın gözümün içinə baxmağa cəsarəti çatmayıb və buna görə də mənim dinlənilmək hüququmu təmin etməyib, məni həbs edib. Zalı tərk edərək ona dedim ki, indi mənim gözümün içinə baxa bilərsənmi?”.
“Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan Ovik Ağazaryanın söhbətə tərbiyəsizcə müdaxilə etdiyini deyib: “Bu, onların tipik davranışıdır. Bu davranışı sayəsində onların qohumları bu ölkədə vəzifə alıblar. İndi deyilənləri təkrar etməyəcəm. Sadəcə tərbiyəsizlikdir. Bircə söyüş söymək çatmırdı”.
KARUSEL / DÜNYA
Tarix: 24-05-2023, 16:47