mobil versiya

“Hizbullah” qarışsa, ABŞ da qarışacaq - “Blinken ərəb liderlərinə deyib ki....”



“Ağ Ev HƏMAS-ın Qəzzadakı müharibəyə qarışacağı təqdirdə, özünün hərbi güc tətbiq etməsini müzakirə edir”.

“AzPolitika.info” xəbər verir ki, “Axios” nəşri ABŞ administrasiyasındakı mənbələrinə istinadla belə bir məlumat yayıb.
Məlumatda deyilir ki, son günlər administrasiyada keçirilən bir neçə toplantıda İranın nəzarətindəki “Hizbullah”-ın hərəkətə keçəcəyi təqdirdə ABŞ-nin atacağı hərbi addımlar müzakirə edilib. Məlumata görə, belə qərara alınıb ki, ABŞ-nin hərbi müdaxiləsi “Hizbullah”-ın müdaxiləsinin miqyasından və İsrailin bunun qarşısını almaq imkanlarından asılı olacaq. Xəbərdə həmçinin bildirilir ki, Dövlət katibi Entoni Blinken ərəb ölkələrinə səfəri zamanı ərəb liderlərinə ABŞ-nin hərbi müdaxilə ilə bağlı niyyətinin ciddi olduğunu və regiona bir neçə hərbi gəmi və iki böyük aviadışıyıcı göndərməsinin “heç də zarafat olmadığını” çatdırıb.
Məsələnin hüquqi tərəfinə gəlincə, yazıda qeyd olunur ki, ABŞ konstitusaiyasının ikinci maddəsinə görə, Prezident ABŞ vətəndaşlarını qorumaq üçün xarici ölkədə hərbi güc tətbiq edə bilər. Bu halda o, 48 saat ərzində bu barədə Konqresə məlumat verməlidir. İsraildə isə 10 minlərlə ABŞ vətəndaşının yaşadığı məlumdur.
O da bildirilir ki, ABŞ artıq müxtəlif kanallarla həm İranı, həm də “Hizbullah”ı bu barədə xəbərdar edib.
KARUSEL / DÜNYA
Tarix: 18-10-2023, 14:47