ABŞ dövlət katibi Qazaxıstandadır
ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstana rəsmi səfərə gəlib. O, səfər çərçivəsində Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə də görüşəcək.
"Kazinform" agentliyi xəbər verir ki, ABŞ-ın dövlət katibi Astanada Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar aparıb. Fevralın 28-də Entoni Blinkeni Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.
Eyni zamanda, Astanada Entoni Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələrinin və ABŞ-ın xarici siyasət idarələri rəhbərlərinin C5+1 formatında görüşü keçiriləcək. Görüşdə ABŞ-la tərəfdaşlıq və regional əməkdaşlığın perspektivləri əsas müzakirə mövzusu olacaq.
Entoni Blinken Astanadan sonra Daşkəndə gedərək Özbəkistanın yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Martın 1-də Nyu-Dehliyə yollanacaq ABŞ-ın dövlət katibi burada “İyirmilər qrupu” xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
KARUSEL / DÜNYA
Tarix: 28-02-2023, 11:34