Blinken Çavuşoğlu ilə Cənubi Qafqazı müzakirə edib
Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüşdə bir sıra məsələlər, o cümlədən Cənubi Qafqazdakı situasiya müzakirə olunub.
“Bu günlərdə Entoni Blinkenin Azərbaycan və Ermənistan rəsmiləri ilə təmasları oldu. Məqsədimiz Cənubi Qafqazda davamlı sülhün və stabilliyin əldə olunmasıdır. Biz bu istiqamətdə birgə səylərə göstərməyə davam edəcəyik”, Çavuşoğlu birgə mətbuat konfransında deyib.
KARUSEL / DÜNYA
Tarix: 20-02-2023, 11:37