mobil versiya

2024-cü ilin noyabrında Milli Məclisə seçkilər keçiriləcək



2024-cü ilin noyabrında Milli Məclisə seçkilərin keçirilməsi gözlənilir.
Bu barədə APA mötəbər mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, 2025-ci ildə Azərbaycanda Prezident seçkilərinin keçirilməsi nəzərdə tutulduğundan parlament seçkilərinin gələn il keçirilməsi gündəmə gələ bilər.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır.
Bu rəqəm 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. Belə ki 2023-cü ilin dövlət büdcəsində eyni məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.
Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün proqnozlaşdırılan vəsaitin cari illə müqayisədə 2.3 dəfə artıq olması müzakirələrə səbəb olub.
2024-cü ildə isə ölkədə bələdiyyə seçkilərinin keçiriləcəyi nəzərdə tutulduğundan büdcə artımı təbiidir.
“Referenduma gəldikdə, bu mövzu dəfələrlə gündəmə gətirilib, aktuallaşdırılıb. Müxtəlif şəxslərin səsləndirdiyi iddialarda referendumda idarəçilik institutunda köklü dəyişikliklərin də nəzərdə tutulduğu qeyd edilir. Lakin heç bir dövlət orqanı, o cümlədən MSK məsələyə münasibət bildirməyib. Bəzi media orqanlarında isə hakimiyyətdəki mənbələrə istinadən referendumun keçirilməsinin nəzərdə tutulmadığı açıqlanıb.
Buna əlavə olaraq qeyd etmək olar ki, hazırda Azərbaycanın qarşısında həlli vacib olan digər çoxsaylı məsələlərin durduğu nəzərə alınsa, iddia edildiyi kimi, idarəçilik institutunda köklü dəyişiklikləri də nəzərdə tutan referendumun keçirilməsi aktual görünmür.
2023-cü ildən fərqli olaraq, 2024-cü ildə bələdiyyə seçkilərindən başqa, həm də noyabrda Milli Məclisə seçkilərin keçirilməsi planlaşdırıldığına görə, həm referendumun keçirilməsi ağlasığmazdır, həm də ayrılan vəsaitini çox olması barədə iddialar yersiz görünür.
Bu səbəbdən də iki seçki ilə yanaşı, 2024-cü ildə əlavə olaraq referendumun keçirilməsi real deyil”-deyə məlumatda bildirilir.
KARUSEL / SİYASƏT
Tarix: 26-10-2023, 19:48