BMTİP-in İqlimə Uyğunlaşma Turu iqlim dəyişmələrinə kompleks yanaşmanı dəstəkləyir

BMTİP, Yaşıl İqlim Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “İqlim Dəyişmələrinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi vasitəsilə hökümət işçiləri üçün tədqiqat turu təşkil olunub. Keçirilən bu turun əsas məqsədi hökumət işçilərinə iqlim dəyişikliyinin təsirlərinə effektiv uyğunlaşma təcrübələrini təbliğ etmək, xüsusən də onları həssas regionlarda maarifləndirmək idi.
Xüsusilə həssas Qobustan və Şamaxı rayonlarını hədəf alan bu tur əsas sektor olan kənd təsərrüfatının problemlərinə ünvanlanıb. Hesabatlar əhalinin artımı və iqtisadi inkişaf nəticəsində suya olan tələbatın artması ilə əlaqədar uyğunlaşma tədbirlərinə təcili ehtiyac olduğunu vurğulayır. Tur zamanı iştirakçılar yerli hakimiyyət orqanları icmaları ilə qlim dəyişikliyinin təsirlərini müzakirə edib və həll yollarını araşdırıblar.

Təklə kəndində hökümət işçiləri iqlim dəyişikliyinin təsirlərini qiymətləndirmək, icmanın güclü tərəflərini və uyğunlaşma variantlarını müzakirə etmək üçün yerli icmalarla görüşüblər. Turun ilk gününün yekun mərhələsi iştirakçıları cəlb edən interaktiv iqlimə uyğunlaşma oyunu ilə tamamlandı.
Tədqiqat turunun ikinci günündə hökümət işçiləri Şamaxı Rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və yerli nümayəndələrlə regional iqlim təsirlərini və mövcud uyğunlaşma strategiyalarını dərk etmək üçün müzakirələr aparıblar. Şamaxı Üzüm və Tingçilik Mərkəzinə, Şamaxı radiometreoloji stansiyasına və Zağolovçay su ehtiyatına səfərlər iqlimin su təchizatına təsirini öyrənərək, effektiv yerli adaptasiya tədbirlərinin əhəmiyyətini vurğuladı.

KARUSEL / CƏMİYYƏT
Tarix: 31-10-2023, 15:19