mobil versiya

Daşkənddə bu gün İƏT-in sammiti keçiriləcək



Bu gün Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti keçiriləcək.
Sammitə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sədrlik edəcək.
Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları iştirak edəcək. Onlar təşkilat çərçivəsində ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
İƏT sammiti noyabrın 9-da başa çatacaq.
KARUSEL / DÜNYA
Tarix: 8-11-2023, 10:57