mobil versiya

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir


Bu gün Şuşa şəhərində Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistanın xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak edirlər.
Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci il noyabrın 28-də 7 ölkə İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan.
İclas çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun açılış nitqi və bəyanatı, üzv və müşahidəçi ölkələrin, beynəlxalq tərəfdaşlar və İƏT-in ixtisaslaşmış qurumlarının nümayəndələrinin bəyanatları səsləndiriləcək, iclasın gündəliyində duran digər məsələlərin müzakirəsi keçiriləcək.


KARUSEL / SİYASƏT
Tarix: 10-10-2023, 13:34