mobil versiya

“AzerGold” QSC vətəndaşları saxta reklam kampaniyalarına aldanmamağa çağırır



Son dövrlər elektron resurslara qarşı rəqəmsal risklərin qlobal səviyyədə vüsət aldığı bir şəraitdə nüfuzlu şirkətlərin, müxtəlif dövlət və özəl sahibkarlıq müəssisələrinin adından sosial media resurslarında saxta reklam kampaniyaları təşkil edilir. Oxşar kiberdələduzluq aktlarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) də adından törədildiyini nəzərə alaraq, ictimaiyyəti bir daha diqqətli olmağa, saxta reklam kampaniyalarına aldanmamağa çağırırıq.
Belə ki, fişinq xarakterli bu cür hücumlar zamanı “AzerGold” QSC sosial şəbəkə platformalarında müxtəlif “investisiya” layihələrinin təşkilatçısı kimi təqdim edilir, Səhmdar Cəmiyyətin rəsmi saytının imitasiya olunmuş versiyasına istinad olunur və vətəndaşlar bu və ya digər “layihə”dən faydalanmağa dəvət edilir. Kiberdələduzların cəlbedici vədlərinə aldanan vətəndaşlara xarici ölkələrə məxsus mobil telefon nömrələrindən zənglər edilir və onların maliyyə xarakterli fərdi məlumatlarını əldə etməyə, maliyyə vəsaitlərini mənimsəməyə cəhdlər olunur.
Bütün bunlar nəzərə alınaraq, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda təqdim edilən keçidlərə daxil olmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.


KARUSEL / CƏMİYYƏT
Tarix: 16-11-2023, 12:01