İraq Prezidenti: "Bizim bura səfərimiz faydalıdır və ümid edirik ki, bu səfərlər təkrarlanacaq"
"İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasil edirik, bu, gündə 4-4,5 milyon barel təşkil edir. Bizim kənd təsərrüfatımız, su ehtiyatlarımız var".
Bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.
"Düşünürəm ki, İraq iqtisadiyyatı indi yaxşı vəziyyətdədir və gələcəkdə hətta daha da yaxşı olacaq. Biz enerji, neft, kənd təsərrüfatı və digər sahələrlə bağlı çoxmillətli layihələrə start vermişik".
Hesab edirəm ki, bizim bura səfərimiz faydalıdır və ümid edirik ki, bu səfərlər təkrarlanacaq. Çox şadam ki, Azərbaycan nümayəndə heyəti tezliklə İraqa səfər edəcək. Sizin də qeyd etdiyiniz kimi, cənab Prezident, biz yenə də əməkdaşlıq üçün və bir çox sahələrdə əməkdaşlığın başlanılması üçün zəruri olan bütün məsələləri müzakirə edəcəyik.
Hesab edirəm ki, İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq.
KARUSEL / SİYASƏT
Tarix: 20-11-2023, 18:10