mobil versiya

Niderland parlamentinə seçkilərdə ultrasağçılar qələbə qazanıb



Niderland Krallığında parlament seçkilərində ultra-sağçı partiya liderlik edir.
Niderlandda hökumət koalisiyasının iflasından sonra keçirilən növbədənkənar parlament seçkilərində ifrat sağçı və islamofob Geert Wildersin Azadlıq Partiyası (PVV) qələbə qazanıb. İlkin nəticələrə görə, PVV 35, solçu alyansı 26, mərkəz sağçılar isə 23 mandata sahib olub.
İfrat sağçıların qələbəsi Niderlandda siyasi zəlzələ effekti yaradıb. Bunun sağa dönüş olduğu və Brüsseli də təşvişə salacağı bildirilir. Antiimmiqrasiya mövqeli Geert Wildersin sərhədlərin bağlanması, qeyri-qanuni mühacirlərin deportasiyası ilə bağlı mesajları cəmiyyətdə rezonans doğurub.
Ancaq Geert Wildersin hökumət koalisiyası qurmağa nail olacağı sual altındadır. Çünki digər üç partiyanın liderləri PVV ilə koalisiyada iştirak etməyəcəklərini bildiriblər.

KARUSEL / DÜNYA
Tarix: 23-11-2023, 13:40