mobil versiya

Hollandiya məhkəməsi ifrat sağçı lideri hədələyən pakistanlı keçmiş kriketçini cəzalandırıb




Hollandiya məhkəməsi keçmiş pakistanlı kriketçini Hollandiyanın ifrat sağçı lideri Geert Vildersi öldürməyə çağırdığı üçün 12 il müddətinə azadlıqdan məhrum edib.
"Al Jazeere" xəbər verir ki, bazar ertəsi məhkəmə qərar verib ki, Xalid Lətifin ifadələri qətl, fitnə və təhdid kimi qiymətləndirilməlidir.
Qiyabi mühakimə olunan 37 yaşlı Pakistanda yaşayır, heç bir məhkəmə mərhələsində iştirak etməyib.
Keçmiş kriketçi daha əvvəl 2017-ci ildə Dubayda Pakistan Super Liqası matçı zamanı idmanı düzəltmək qalmaqalına görə kriketdən beş il müddətinə qadağan edilmişdi.
Hollandiya məhkəməsi sübut edib ki, Lətif 2018-ci ildə Vildersin qətlinə görə üç milyon rupi (o vaxt 21 min avro) mükafat təklif etdiyi videonu yayımlayıb.
Video Pakistanda Vilders müsəlman Peyğəmbərin karikaturalarını əks etdirən karikatura müsabiqəsi elan etdikdən sonra ona qarşı kütləvi nümayişlər zamanı yayılıb. Müsabiqə sonradan ləğv edilib.

Məhəmməd peyğəmbərin şəkilləri İslamda bütpərəstliyin bir növü olaraq qadağandır. Əksər müsəlmanlar karikaturaları çox təhqiramiz hesab edirlər. Lakin Haaqa rayon məhkəməsi Lətifin videoda işlətdiyi sözlərin “açıq-aşkar” olduğunu bildirib: "O, konkret bir əməldə, yəni Vildersin öldürülməsində iştirak edən hər kəsə xeyli pul ödəyəcəyini vəd edir”.
Prokurorluq bildirib ki, Hollandiya və Pakistan arasında məhkəmə əməkdaşlığı və ya ekstradisiya ilə bağlı heç bir müqavilə yoxdur və bu iş üzrə əvvəllər əməkdaşlıq sorğularına cavab verilməyib.
Vilders Avropanın ən tanınmış ifrat sağçı liderlərindən biridir və heç vaxt hökumətdə olmamasına baxmayaraq, son iki onillikdə Hollandiyada immiqrasiya müzakirələrinin formalaşmasında əsas fiqur olub.
Onun Azadlıq Partiyası (PVV) Hollandiya parlamentində üçüncü ən böyük partiyadır və əsas müxalifət partiyasıdır.
Vilders 2004-cü ildən bəri daimi polis mühafizəsi altında yaşayır.
KARUSEL / DÜNYA
Tarix: 13-09-2023, 10:51