Nikola Sarkozi həbs edildi
Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb.
Sabiq dövlət başçısı "telefonların dinlənilməsi" ilə bağlı açılan cinayət işində təqsirkar bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Parisin apelyasiya məhkəməsi korrupsiya və nüfuz alveri işi üzrə bir il həbs cəzasına məhkum olunan Fransanın sabiq prezidenti Nikola Sarkozi barədə hökmü qüvvədə saxlayıb.
Apelyasiya məhkəməsi sabiq-prezidenti seçkilərdə namizədliyini irəli sürmək hüququndan da məhrum edib.
Xatırladaq ki, bundan əvvəl məhkəmə 2007-ci ildə Nikola Sarkozinin seçki kampaniyasının Liviya tərəfindən maliyyələşməsi üzrə təhqiqat çərçivəsində ona bir il həbs və iki il şərti azadlıqdan məhrum etmə cəzası vermişdi. Cinayət işi sabiq dövlət başçısının öz vəkili ilə telefon danışığının dinlənilməsi nəticəsində 2014-cü ildə açılmışdı.
Beləliklə, Nikola Sarkozi Fransanın real həbs cəzasına məhkum edilən ilk prezident olub.
KARUSEL / DÜNYA
Tarix: 17-05-2023, 11:51