mobil versiya

Pərviz Müşərrəfin ölüm hökmü ləğv edilib




Pakistanda Lahor şəhərinin məhkəməsi ölkənin sabiq prezidenti və baş naziri Pərviz Müşərrəfin işi ilə bağlı məhkəmə prosesini qeyr-konstitusion adlandırıb.


Trend-in məlumatına görə, bununla əlaqədar sabiq prezidentin ölüm hökmü ləğv edilib.

Məhkəmə bildirib ki, P.Müşərrəfin təqsirli bilinməsində əsas götürülən Konstitusiyanın 6-cı bəndi 2010-cu ildə dəyişdirilib. Məhkəmə həmin dəyişikliyin geriyə qüvvəsinin olmadığını müəyyən edib. P.Müşərrəf isə 2010-cu ildən daha əvvəl baş vermiş hadisələrə görə ittiham edilib.

Xatırladaq ki, ötən ilin dekabrında P.Müşərrəf dövlət çevrilişində ittiham edilərək ölüm hökmünə məhkum edilmişdi.

KARUSEL / DÜNYA
Tarix: 13-01-2020, 18:27