mobil versiya

Qarabağdan köçən ermənilərə Ermənistan vətəndaşlığı veriləcək



Emənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan "könüllü" köçən ermənilərə vətəndaşlıq verilməsi barədə göstəriş verib.
Bu barədə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, dövlət qulluğunda işə qəbul olmaq üçün artıq müraciət etmiş şəxslərə Ermənistan vətəndaşlığı verilməsi məsələlərinin tez bir zamanda həll edilməsi barədə göstəriş verilib.
Beləliklə, Paşinyan bu qərarı ilə Qarabağda 30 illik işğal dövründə qanunsuz məskunlaşdırılan ermənilərə artıq Ermənistanda vətəndaşlıq verməyə başlayır.
Qeyd edək ki, Paşinyanın xarici mediaya dəfələrlə müsahibələrində ortaya qoyduğu yalanlardan biri də Qarabağın erməni əhalisinin “ekzistensial təhdid” mifi idi. Onun bu qərarı artıq Qarabagdan saxta “erməni qaçqın” sayının, Paşinyanın “ekzistensial təhdid” mifinin ifşası deməkdir.
Bundan başqa, son zamanlarda Azərbaycanı Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər könüllü şəkildə Qarabağı tərk edərək Ermənistana axın etməyə başlayıb. Azərbaycan hökuməti Qarabağın dinc erməni əhalisinin təhlükəsizliyinə təminat verərək, onlara Azərbaycan vətəndaşlığını qəbul edərək ərazidə qalmalarını təklif edib və onlar üçün hər cür şəraitin yaradılacağını vəd edib. Qarabağı tərk edən ermənilərlə videoreportajlardan aydın şəkildə göründüyü kimi, erməni əhali Qarabağın onların vətəni olmadığını özləri etiraf edir və könüllü şəkildə ərazini tərk etdiklərini bildirir.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı bəzi lobbiçilərin iddia etdiyi kimi, əsla “etnik təmizləmə” siyasəti həyata keçirməyib, ərazini könüllü şəkildə tərk etmək istəyən sakinlərə qarşı heç bir zorakılıq tətbiq etməyib.
KARUSEL / DÜNYA
Tarix: 24-11-2023, 14:04