mobil versiya

Erməni deputat: “Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmağa məcbur edən heç bir sənəd yoxdur”



“Nikol Paşinyan yeganə Ermənistan lideridir ki, Qarabağ münaqişəsinin “bərabərlik və öz müqəddəratını təyinetmə prinsipi əsasında həll edilməlidir” qeydi olmayan sənədləri imzalayır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan noyabrın 1-də parlamentdə jurnalistlərlə müsahibəsində deyib.
Erməni siyasətçi oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşə və birgə bəyanata da toxunub. Onun fikrincə, sənəd Paşinyanın növbəti dəfə Ermənistanın hüquqlarını beynəlxalq aləmdə təbliğ edə bilmədiyini göstərir.
“Sülhməramlı missiyanın müddətinin uzadılması bizim maraqlarımıza uyğundur, biz özümüz başa düşürük ki, sülhməramlı qüvvələr noyabrın 9-da Qarabağa daxil olmasaydı, noyabrın 10-da orada bir nəfər erməni qalmazdı. Mən hakimiyyətin sülhməramlıların öz işlərini zəif yerinə yetirməsi ilə bağlı narazılığını da başa düşə bilmirəm. Ermənistanı silahlı qüvvələrini Qarabağdan çıxarmağa məcbur edən heç bir sənəd yoxdur, bu, Paşinyanın könüllü, tək qərarı olub. Bunun könüllü və ya təzyiq altında edildiyini bilmirəm, amma fakt budur ki, Paşinyan Ermənistan Silahlı qüvvələrini Qarabağdan heç bir beynəlxalq sənəd imzalamadan çıxarıb”, - deyə, Xaçatryan bildirib.

MANŞET / GÜNDƏM
Tarix: 2-11-2022, 13:06