mobil versiya

Şagirdi döyməkdə ittiham olunan idarə müdiri işdən çıxarılıb


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub.
O, işdən çıxarılması ilə bağlı ərizə yazıb.
Onun ərizəsi qəbul olunub və işdən çıxarılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılmışdı.
Xatırladaq ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.



KARUSEL / CƏMİYYƏT
Tarix: 28-11-2023, 11:01