mobil versiya

Bakı Mühəndislik Universitetinin prorektoru işdən çıxarılıb


Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov vəzifəsindən azad olunub.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, bu yaxınlarda universitetin keçmiş rektoru Havar Məmmədov Prezidentin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev təyin edilib.(report)


KARUSEL / CƏMİYYƏT
Tarix: 2-10-2023, 13:09