Şimali Koreyada 67 il sonra bir ilk yaşandı – Sandıqdan müxalifət leyhinə də səs çıxdı
Şimali Koreyada dörd ildən bir keçirilən əyalət və bələdiyyə seçkilərinin rəsmi nəticələri açıqlanıb.
“AzPolitika.info” xəbər verir ki, seçkilərdə iştirak göstəricisi 99,63 faiz olub. Seçkidə iştirak edənlərin 99,91 faizi müəyyən edilən namizədi dəstəkləyiblər.
Maraqlısı isə odur ki, əyalət və bələdiyyə seçkilərində müxalifəti təmsil edən namizədlər müvafiq olaraq 0,09 və 0,13 faiz səs toplayıblar. Müxalifətin topladığı səs nisbəti 1 faizdən az olsa da, bu, 67 il sonra müxalifətin əldə etdiyi ən yüksək göstərici kimi tarixə düşüb. Qeyd edək ki, uzun müddətdir müxalifətin bu cür səsvermələrdə topladıqları səslərlə bağlı məlumat verilmirdi.
Əksər analitiklər müxalifətin səslərinin uzun müddətdən sonra açıqlanmasını Pxenyan administrasiyanın normal cəmiyyət imici təsəvvürü yaratmaq cəhdlərindən qaynaqlandığını bildiriblər.
KARUSEL / DÜNYA

Tarix: 28-11-2023, 13:58