mobil versiya

Nepal vətəndaşlarını Rusiya ordusuna cəlb edənlər həbs edilir


Nepal polisi gəncləri Rusiya ordusuna cəlb etməkdə şübhəli bilinən 12 vətəndaşı həbs edib.
BBC xəbər verir ki, Ukraynada gedən döyüşlərdə 6 nepallı ölüb.
Belə ki, Katmandu polisinin məlumatına görə, onlar Rusiyaya turist vizası ilə göndərilmək üçün 9 min ABŞ dolları ödəyiblər.
Hazırda Rusiya ordusunda yüzə yaxın nepallının xidmət etdiyi təxmin edilir.
Nepalın Rusiyadakı səfirliyi bəyan edib ki, ölkəsinin təxminən 200-ə yaxın vətəndaşı bu ölkə uğrunda döyüşür. Bu həftənin əvvəlində səfirlik vətəndaşlara geri qayıtmaq çağırışı edib.
Dünya Bankının məlumatına görə, Nepal dünyanın ən yoxsul ölkələrindən biridir və əhalinin təxminən 40%-i yoxsulluq həddinin altında yaşayır.(report)

KARUSEL / DÜNYA
Tarix: 7-12-2023, 16:45