mobil versiya

Xarici işlər nazirinin müavini Bəhreyndə səfərdə olub



Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 11-də Bəhreyn Krallığında səfərdə olub. 
Bu barədə XİN mətbuat xidməti məlumat yayıb. 
Səfər çərçivəsində Y.Rəfiyev Bəhreyn xarici işlər nazirinin diplomatik məsələlər üzrə müavini şeyx Abdullah bin Əhməd Al Xəlifə ilə görüşüb. 
Görüş zamanı Azərbaycan-Bəhreyn münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər iki dost ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və əməkdaşlığın digər sahələrdə də inkişafında maraqlı olduqlarını vurğulayıblar.
Görüş zamanı Azərbaycan və Bəhreyn arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub, müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər iqtisadi-ticarət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib və yaxın vaxtlarda iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılığa gəliblər.
Görüşdə Azərbaycan və Bəhreyn arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin ev sahibliyi ilə cari ilin 17-19 noyabr tarixlərində keçirilən 19-cu Regional Təhlükəsizlik Sammiti - Manama Dialoqu 2023-ün nəticələri haqqında azərbaycanlı həmkarını məlumatlandırıb.
Görüşdə həmçinin tərəflər arasında regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

KARUSEL / SİYASƏT
Tarix: 12-12-2023, 16:56